Ukraynanın Zakarpatiya vilayətində 32 yaşlı qadın iki övladını dələduzlara “icarəyə verib”, bu barədə KP.RU xəbər verir.
Bu xidmət qarşılığında qadın 1000 dollar alıb.
Məlumata görə, qadın 11 yaşlı oğlunu və 5 yaşlı qızını iki həftəlik müddətə üçüncü şəxslərə verib. Uşaqların başqa bölgədə dilənçilik məqsədilə istifadə olunması planlaşdırılıb. Xust rayonu sakini alıcıları tanışları vasitəsilə tapıb.