Geri qayıt Çap et

Qobustanda uşaq gölməçəyə düşərək boğuldu

Qobustanda azyaşlı gölməçədə boğulub.

DenMedia.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən qış otlaq sahəsində qeydə alınıb.

Burada yaşayan 9 yaşlı Heybət Heybətli gölməçəyə öz ehtiyatsızlığından yıxılması nəticəsində boğularaq ölüb.

Araşdırma aparılır.