Geri qayıt Çap et

Paytaxta faciə: 25 yaşlı gənc 19-cu mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Bakıda faciəli hadisə baş verib.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsi 164 ünvanında qeydə alınıb.

25 yaşlı Arif Orucov həmin ünvanda yerləşən binanın 19-cu mərtəbəsindən yıxılıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Məlumata görə, ölən gənc həmin ünvana - nənəsinin yanına qonaq gəlibmiş.

Araşdırma aparılır.