Geri qayıt Çap et

İsrail konsulluğuna hücum edənlərin kimliyi bəlli oldu

İstanbulda İsrailin baş konsulluğuna hücum edən iki nəfərin kimliyi müəyyən edilib.

TRT Haber-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

Onun sözlərinə görə, üç nəfərdən ikisi qardaş olub. Üçüncü şəxs barədə narkobizneslə əlaqəsi olduğu məlumatı var.

Hücum edənlər İstanbul şəhərinə İzmitdən (İstanbulun ətrafı) icarəyə götürülmüş avtomobillə gəliblər. Terrorçulardan ikisi qardaşdır. Onlardan biri dini yönümlü terror təşkilatının üzvüdür. Üçüncü şəxs barədə narkobizneslə əlaqəsi olduğu məlumatı var, — deyə o bildirib.

DenMedia.az