Geri qayıt Çap et

Fransada dəhşətli qəza: qatar yük maşını ilə toqquşdu

Fransada qatarla yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Bu barədə LCI telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, yük maşını hərbi texnika daşıyırmış.

Hadisə zamanı qatarda təxminən 250 sərnişin olub. Qəzanın nəticələrinin aradan qaldırılması üçün dəmir yolu xətti üzrə hərəkət müvəqqəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

DenMedia.az