Geri qayıt Çap et

Sürücü sükan arxasında həyatını itirdi

Bakıda sürücü sükan arxasında ölüb.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Ləyaqət Şahsuvar oğlu Vəliyev “Toyota” markalı 99 TQ 398 dövlət nömrə nişanlı avtomobilində ürək çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

DenMedia.az