Geri qayıt Çap et

Goranboyda 43 yaşlı qadın dəm qazından zəhərləndi

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini 1983-cü il təvəllüdlü T.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 43 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.