Geri qayıt Çap et

Balakəndə maşın aşdı, xəsarət alanlar var

Bu gün səhər saatlarında Balakən rayonunun Kortala kəndinin ərazisində “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, qəza nəticədə sürücü - 27 yaşlı Nurlan Xəmmədov və sərnişini - 17 yaşlı Cavid Xəmmədov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.