Geri qayıt Çap et

Gəncədə 4 avtomobilin iştirakı ilə, zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var

Gəncə şəhərində "Chevrolet ", "Mercedes", “Toyota Corolla” və "BMW" markalı avtomobillərin iştirakı ilə zəncirvari avtomobil qəzası olub.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Xəsarət alanlar , 1989-cu il təvəllüdlü S.Mirzəyev və 1999-cu il təvəllüdlü F.Mirzəyevdir.
Faktla bağlı araşdırma aparılır.