Geri qayıt Çap et

Gəncədə iki avtomobil toqquşdu – xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, VAZ-2107 və BYD markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.