Geri qayıt Çap et

Naftalanda qəza olub, ölən var

Naftalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Goranboy rayon Tapqaraqoyunlu kənd sakini 1963-cü il təvəllüdlü Zamir Nağıyev hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.