Geri qayıt Çap et

Maştağada evdən külli miqdarda dollar oğurlandı

Bakıda evdən külli miqdarda pul oğurlanıb.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.