Geri qayıt Çap et

Rusiyada idmançı “səhv baxışa görə” bıçaqlandı

Sankt-Peterburqda “Atmosfera” ticarət mərkəzinin foodcourt zonasında 17 yaşlı idmançı bıçaqlanıb. Bu barədə “Fontanka” məlumat yayıb.

Hadisə martın 19-u axşam saatlarında Komendantskaya meydanında baş verib. Yeniyetmə futbol oyunundan sonra dostları ilə birlikdə yemək yeməyə gəlib.

Məlumata görə, yanaşı masada oturan qrupla mübahisə yaranıb. İddia olunur ki, qarşı tərəf onlara “səhv baxıldığını” düşünüb.

Hücum edənlərdən biri idmançıya arxadan yaxınlaşaraq onu saçından tutub və üz nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib.

Hadisədən sonra şübhəlilər qaçıblar, lakin onların görüntüləri müşahidə kameralarına düşüb.

Zərərçəkən xəstəxanaya çatdırılıb və ona çənə-üz əməliyyatı aparılıb.

Yeniyetmənin anası polisə müraciət edərək bildirib ki, hadisə zamanı mühafizə və ticarət mərkəzi əməkdaşları kömək göstərməyib. Faktla bağlı cinayət işi başlanıb.

DenMedia.az