Geri qayıt Çap et

Qətər sahillərində qəza – helikopter dənizə düşdü

Qətər Müdafiə Nazirliyinə məxsus helikopter ölkə sahilləri yaxınlığında qəzaya uğrayıb. Bu barədə qurum X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, helikopter planlı tapşırığı yerinə yetirərkən texniki nasazlıq yaranıb.

Məlumata görə, məhz bu nasazlıq hava gəmisinin ölkənin ərazi sularında qəzaya uğramasına səbəb olub.

Nazirlik qeyd edib ki, hazırda ekipaj üzvləri və sərnişinlərin axtarışı üzrə əməliyyat davam edir.

DenMedia.az