Geri qayıt Çap et

Xətaidə ağır qəza – BMW alovlara büründü

Bakının Xətai rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində BMW markalı avtomobil yanıb.

Qəza Seyid Əzim Şirvani küçəsində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nişanı 77-SM-527 olan BMW markalı minik avtomobili ilə 90-LO-360 nömrəli Audi markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi ziyan görüb.

Faktla bağlı araşdırma aparılır.

DenMedia.az