Geri qayıt Çap et

Dəm qazı daha bir can aldı

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Yeganə Tarlquli qızı Nağıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.