Geri qayıt Çap et

Bakıda 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı

Bakının Nəsimi rayonunda həmkarına məxsus 9 min dollar dəyərində fotoaparatı oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

Denmedia.az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində 35 yaşlı K. Xətəmova saxlanılıb. O, həmkarına məxsus fotoaparatın oğurlanmasında şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.