Norveç polisi martın 8-də Oslo şəhərində ABŞ səfirliyi yaxınlığında baş verən partlayışla bağlı bir qadını və onun üç oğlunu saxlayıb. Bu barədə NRK teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, üç qardaş və onların anası partlayıcı qurğudan istifadə etməklə terror fəaliyyəti həyata keçirməkdə ittiham olunur.
Bildirilir ki, qardaşlardan ən kiçiyi səfirlik yaxınlığında bombanı yerləşdirdiyini etiraf edib və həbs qərarı ilə razılaşıb.
Digər saxlanılan şəxslər isə ittihamları qəbul etməyərək azadlığa buraxılmalarını tələb ediblər. Şübhəlilərin şəxsiyyəti və yaşları açıqlanmayıb.