Özünə toy etmək üçün mənzildə təmir işləri aparmış. Lakin ustanın kombi aparatında etdiyi texniki səhv ona baha başa gəlib.
“Denmedia.az” xəbər verir ki, Sumqayıt şəhər 47-ci məhəllə 2 saylı binanın 7-ci mərtəbəsində baş verən güçlü partlayışıb bəzi təfərrüatları məlum olub.
Belə ki, partlayış nəticəsində mənzildə olan 32 yaşlı Elçin Verdiyev və 53 yaşlı usta İxtiyar İxtiyarov xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, ötən gün Təcili Tibbi Yardım Xəstəxanasına 2 kişi hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Qonşuların verdiyi məlumata görə, mənzil sahibinin oğlu özü üçün toy etmək məqsədi ilə evini təmir etdirirmiş. Mənzildə olan usta ehtimal ki, texniki səhvə yol verib və partlayışa səbəb olub.
Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az