Geri qayıt Çap et

Cənub Barbisi” həbs olundu: gözəllik kraliçası narkotik işi üzrə saxlanıldı

Qvatemalada 24 yaşlı gözəllik kraliçası Cennifer Dinora Baçes Bolanyos narkobizneslə əlaqədə şübhəli bilinərək saxlanılıb.

 Bu barədə Emisoras Unidas məlumat yayıb.

Məlumata görə, Bolanyos ilk dəfə 2025-ci ilin oktyabrında həbs edilib. Polis onun iştirak etdiyi məclisə reyd edərək qonaqlardan 10 tapança, beş tüfəng və 393 paket kokain götürüb. Həmin vaxt Bolanyosla birlikdə daha 14 nəfər də saxlanılıb.

O zaman qız narkotik ticarətində ittiham olunsa da, araşdırmadan sonra azadlığa buraxılmışdı.

İstintaq isə davam edib və 15 dekabrda məhkəmə Bolanyosun yenidən həbsinə order verib. O, bir neçə ay gizlənə bilsə də, 4 martda ticarət mərkəzindən çıxarkən polis tərəfindən saxlanılıb.

Bolanyos 2023-cü ildə Qvatemalanın cənubunda yerləşən Eskuintla bələdiyyəsində keçirilən gözəllik müsabiqələrində iştirak etdikdən sonra məşhurlaşıb. Həmin vaxtdan ona “Cənub Barbisi” ləqəbi verilib.

Onun həbsindən sonra sosial şəbəkələrdə bəzi istifadəçilər qızın həbsxana üçün “çox gözəl olduğunu” yazıblar. Hətta bəziləri onun üçün girov ödəməyə hazır olduqlarını da bildiriblər.

Denmedia.az