Sosial şəbəkədə əxlaqsızlığı təbliğ edən həbs olunub.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 21 yaşlı İsmayıllı rayon sakini saxlanılaraq polis şöbəsinə gətirilib.
Məlum olub ki, o, cinsi azlıq nümayəndəsidir. Şöbədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub. Məlumata görə, Tiktok və İnstagram sosial şəbəkələrindəki "Mamedov.murad_" hesabında cinsi azlığı, eləcə də əxlaqsızlığı təbliğ edən paylaşımlar yayıb.
O, ifadəsində bildirib ki, Telegramda müxtəlif şəxslərlə seksual xarakterli söhbətlər aparıb və göstərdiyi intim xidmətlər haqqında məlumat verib. Şəxs əməlindən peşman olduğun və bir daha belə hallara yol verməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə o, 30 günlük həbs olunub.
