Lənkəran Ağır Cinayətlər Məhkəməsində qaynanasını öldürməkdə təqsirləndirilən Rufanə İmanovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki,, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin qərarı ilə Rufanə İmanova 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyul ayında Astara rayonunda baş verib. İttihama görə, Rufanə İmanova ailə münaqişəsi zəminində qaynanası Xalidə Mənafovanı kəsici alətlə qətlə yetirib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə — xüsusi amansızlıqla törədilmiş qəsdən adamöldürmə maddəsi üzrə ittiham irəli sürülmüşdü.