Geri qayıt Çap et

İki yaşlı uşaq arxa düşüb öldü

Yevlaxda nəzarətsiz qalan azyaşlı arxa düşərək ölüb.

“Denmedia.az” xəbər verir ki, bədbəxt hadisə rayonun “Qaraçılar məhəlləsi” adlanan ünvanında baş verib.

Məhəllə sakini olan 2024-cü il təvəllüdlü uşaq valideyin tərəfindən nəzarətsiz qaldığından yaxınlıqdan keçən arxa düşərək boğulub.

Ailə üzvləri hadisədən xəbərdar olanda artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.