Geri qayıt Çap et

Çində şok miras qalmaqalı – dayı ölən bacısı ilə “evləndi”

Çində qadın dayısı tərəfindən ailə əmlakının mənimsənilməsi üçün saxta nikah sənədi hazırlanmasını təsadüfən aşkar edib.

Bu barədə South China Morning Post məlumat yayıb.

Məlumata görə, Sun soyadlı qadın anasını doqquz yaşında itirib. Bundan sonra onu anasının qardaşı və onun həyat yoldaşı övladlığa götürüb. Qadın uzun illər ərzində qohumlarının ona məxsus mirası ədalətli şəkildə idarə etdiyini düşünürdü.

Lakin yaxın zamanda tapdığı sənədlərdən məlum olub ki, dayısı, anası artıq vəfat etdikdən sonra onunla saxta nikah rəsmiləşdirib. Bu saxta evlilik əsasında kişi bir neçə daşınmaz əmlakı öz adına keçirib.

Sun bildirib ki, anasının ölüm günü qohumları onun üç mənzilinin satılması ilə bağlı sənədlər də imzalayıblar və əldə olunan pulla öz borclarını ödəyiblər.

Həqiqəti öyrəndikdən sonra qadın polisə müraciət edib və hazırda fakt üzrə araşdırma aparılır. Sun həmçinin qeyd edib ki, anasının dəfnində iştirak etməyib və uzun müddət ailə əmlakının taleyindən xəbərsiz olub. İndi isə o, ədaləti məhkəmə yolu ilə bərpa etmək niyyətindədir.

DenMedia.az