Geri qayıt Çap et

İsveçrədə avtobusda baş verən yanğında 6 nəfər həyatını itirdi

İsveçrənin Kertserz şəhərində avtobusda baş verən yanğın nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Bu barədə Tages Anzeiger nəşri məlumat yayıb.

Bildirilib ki, polis hadisənin qəsdən törədilmiş yanğın ola biləcəyini istisna etmir. Şahidlərin sözlərinə görə, bir kişi qəsdən benzin töküb.

Hazırda həmin şəxsin həlak olanlar arasında olub-olmaması yoxlanılır.

DenMedia.az