Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az report-a istinadən xəbər verir ki, qəza Saray qəsəbəsində “Yeni Yol” kimi tanınan ərazidə qeydə alınıb.
İlkin məlumata əsasən, “Azsamand” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.