Geri qayıt Çap et

Təndirxanada FACİƏ: 8 Mart günü qadını cərəyan vurub öldürdü

Abşeronda qadın təndirxanada faciəvi şəkildə ölüb.

Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə martın 8-də Masazır qəsəbəsində qeydə alınıb.

Təndir evində işləyən 41 yaşlı Bahar Mahmud qızı Mahmudovanı elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırma aparılır.