Geri qayıt Çap et

Şəmkirdə avtomobil qadının həyatına son qoydu

Şəmkir rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü Tamella Nuriyevanı minik avtomobili vurub.

Ağır xəsarətlər alan 71 yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.