Geri qayıt Çap et

Qaradağda ata və 16 yaşlı oğlu faciəvi şəkildə dünyasını dəyişdi

Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb.
Denmedia.az “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.

1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.