Geri qayıt Çap et

Azərbaycanda SEPAH-ın hazırladığı terror planı ifşa edildi - VİDEO

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İranın terror planının qarşısını alıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, İran İslam Respublikasının xüsusi xidmət orqanları – İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlanmış terror planları Azərbaycan xüsusi xidmət orqanları tərəfindən ifşa edilərək zərərsizləşdirilib.

Qeyd olunub ki, əməliyyat ölkə vətəndaşlarının və strateji obyektlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən genişmiqyaslı əks-kəşfiyyat tədbirlərinin tərkib hissəsi olub.

DTX-nın məlumatına görə, terror planlarının hədəfi strateji əhəmiyyətli obyektlər və dini icma nümayəndələri idi. Potensial hədəflər arasında Bakı–Ceyhan neft kəməri, İsrail səfirliyi, dağ yəhudiləri icmasının liderlərindən biri və Aşkenaz sinaqoqu göstərilib.

Bildirilib ki, Azərbaycan ərazisinə üç partlayıcı qurğu gətirilib, lakin xüsusi xidmət orqanları onların üçüncü şəxslərə ötürülməsinin qarşısını alaraq mümkün itkilərin və dağıntıların baş verməsinə imkan verməyib.

Denmedia.az