Geri qayıt Çap et

Hindistanda Su-30 qırıcısı qəzaya uğradı: iki pilot həlak oldu

Hindistanda Su-30MKI qırıcısının qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, aviaqəza ölkənin şimal-şərqində yerləşən Assam ştatında baş verib.

Bildirilib ki, qəza nəticəsində eskadrilya komandiri Anuj və leytenant Parveş Duragar həyatını itirib.

“Hindistan Hərbi Hava Qüvvələrinin bütün şəxsi heyəti həlak olan pilotların ailələrinə dərin hüznlə başsağlığı verir və bu ağır gündə onların yanındadır”, — deyə açıqlamada qeyd olunub.

Denmedia.az