Geri qayıt Çap et

Tarixi hadisə: F-35 ilk dəfə pilotlu təyyarəni məhv etdi

İsrailə məxsus F-35 qırıcı-bombardmançı təyyarəsi Tehran səmasında İrana məxsus Yak-130 təlim-döyüş təyyarəsini vurub.

Bu barədə çərşənbə günü İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35I “Adir” qırıcısı bir müddət əvvəl Tehran səmasında İran Hərbi Hava Qüvvələrinə aid Yak-130 təyyarəsini vurub.

Bildirilib ki, bu hadisə tarixdə ilk dəfədir ki, pilotlu döyüş təyyarəsi F-35 “Adir” qırıcısı tərəfindən vurulur.

Denmedia.az