Geri qayıt Çap et

Novxanıda sahibkar öz mağazasında ÖLÜ TAPILDI

Abşeronda mağazada meyit tapılıb.

DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Novxanı kəndində qeydə alınıb.

Kənd sakini, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.

Hadisənin motivi məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.