ABŞ-nin Florida ştatında 44 yaşlı Monika Rubach və onun iki övladının ölümü ilə bağlı araşdırma başlanılıb. Bu barədə Metro nəşri məlumat yayıb.
İstintaqın ilkin versiyasına görə, qadın əvvəlcə 14 yaşlı oğlu Coş Ceymsi və 11 yaşlı qızı Emma Ceymsi öldürüb, daha sonra isə həyatına son qoyub.
Polis hadisə yerinə ailə başçısı Riçard Ceymsin müraciətindən sonra gəlib. O, Cənubi Amerikada ezamiyyətdə olub və bir sutkadan artıq ailəsi ilə əlaqə saxlaya bilmədiyini bildirib. Kişi evin yoxlanılmasını xahiş edib.
Evdə aparılan baxış zamanı ana və iki uşağın meyitləri müxtəlif otaqlarda, zorakılıq izləri ilə aşkarlanıb. Şerif nümayəndəsi Rendi Uorren hadisə yerində zorakı ölüm əlamətlərinin olduğunu açıqlayıb.
İstintaq versiyasına görə, qadın uşaqları ayrı-ayrı otaqlarda öldürdükdən sonra intihar edib. Hüquq-mühafizə orqanları ailənin təxminən üç il əvvəl həmin əraziyə köçdüyünü və bu ünvanda əvvəllər polis müdaxiləsi qeydə alınmadığını bildirib.
Araşdırma davam edir.