Geri qayıt Çap et

Media Umar Cabrailovun intihar etdiyini yazdı

Moskvada biznesmen və sabiq senator Umar Cabrailovun ölümü ilə bağlı məlumat yayılıb.

DenMedia.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, o, hotellərin birində aşkarlanıb. Məlumata əsasən, yanında tapança olub.

Mash kanalının məlumatında bildirilir ki, biznesmen ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya çatdırılıb, daha sonra mühafizəçilər tərəfindən tanınıb.

Rusiya mediası xatırladır ki, Cabrailov 2020-ci ildə də həyatına qəsd cəhdi edib.

Qeyd edək ki, Umar Cabrailov sahibkar, sabiq senator və xeyriyyəçi kimi tanınırdı. O, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, “Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqı”nın vitse-prezidenti olub.

Rəsmi qurumlar hadisə ilə bağlı əlavə açıqlama verməyib.