Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Xocalı rayonunun Bəhrarlı kəndi ərazisindən keçən Qələbə yolu sahəsində buzlaşma səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, məlumat əsasında dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər yanğından mühafizə hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Buzlaşma nəticəsində Mercedes markalı minik avtomobili yolun kənarına çıxaraq hərəkəti davam etdirə bilməyib. Avtomobildə olan vətəndaşlar xüsusi nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.
Həmçinin, sürüşmə səbəbindən hərəkətsiz qalan Chevrolet markalı minik avtomobilinin yoluna davam etməsi təmin olunub.