Pakistanın Kəraçi şəhərində İran tərəfdarı nümayişçilər ABŞ-ın Baş Konsulluğuna hücum edib. Bu barədə IRNA agentliyi məlumat yayıb. Bildirilir ki, etirazçılar diplomatik nümayəndəliyin ərazisinə daxil ola biliblər.
Məlumata görə, hücum edənlər ABŞ bayrağını yandırıb və konsulluğun bir sıra inzibati otaqlarına nəzarəti ələ keçiriblər. Daha sonra vəziyyət silahlı toqquşmaya çevrilib. İddialara əsasən, konsulluğun təhlükəsizlik əməkdaşları hücum edənlərə atəş açıb.
Bundan əvvəl təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada azı 10 nəfərin həlak olduğu barədə məlumat yayılmışdı.
Qeyd olunur ki, iğtişaşlar İranın ali dini lideri Əli Xameneinin ABŞ və İsrailin birgə hərbi əməliyyatı nəticəsində həlak olması barədə rəsmi məlumatdan sonra başlayıb. Hadisələrlə bağlı rəsmi açıqlamalar və dəqiqləşdirmələr davam edir.