Geri qayıt Çap et

DTX Gültəkin Hacıbəylinin evində axtarış apardı

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.

DenMedia.az xəbər verir ki, Ramiz Mediyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində, DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.