Geri qayıt Çap et

İsfahanda fövqəladə vəziyyət – helikopter yerə çırpıldı

İranda helikopter qəzası baş verib.

Hadisə İsfahan şəhərində qeydə alınıb. Məlumatı Tasnim News Agency yayıb.

Bildirilir ki, helikopter şəhərdə yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında yerə çırpılıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.

Xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat verilməyib.

DenMedia.az