Geri qayıt Çap et

Gəncədə iki avtomobil toqquşdu - üç nəfər yaralandı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki avtomobil toqquşub. Qəza nəticəsində 1973-cü il təvəllüdlü M. Hüseynov, 1990-cı il təvəllüdlü P. Əhmədov və 1991-ci il təvəllüdlü S. Cəfərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.