Geri qayıt Çap et

Qubada narkotik şəbəkəsinə zərbə: külli miqdarda maddə dövriyyədən çıxarıldı

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Seymur Hacıyev saxlanılıb.

Denmedia.az xəbər verir ki, həmin şəxsdən ümumilikdə 4 kiloqramdan 242 qram marixuana və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə S.Hacıyevin barəsində həbs qətimkan tədbiri seçilib.