Geri qayıt Çap et

TƏBİB-in sabiq icraçı direktoru ilə bağlı səs-küylü iddia: Vüqar Qurbanov istintaqa cəlb edilib?

TƏBİB-in icraçı direktoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Vüqar Qurbanovun istintaqa cəlb edildiyi bildirilir.

Bu barədə Denmedia.az-ın “qaynar xətt”inə daxil olan məlumatda qeyd olunur.

İddiaya əsasən, Vüqar Qurbanov gün ərzində istintaq orqanlarına ifadə verib. Məlumatda onun barəsində həbs qərarının verilə biləcəyi də ehtimal edilir.

Qeyd edək ki, yayılan məlumatlar rəsmi qurumlar tərəfindən hələlik təsdiqlənməyib və məsələ ilə bağlı ictimaiyyətə açıqlama verilməyib. Hadisənin detalları və iddiaların doğruluğu ilə bağlı əlavə məlumat əldə edildikcə xəbər yenilənəcək.

Ellada Rəsul

Denmedia.az