Geri qayıt Çap et

Bərdədə qəza: Piyada yük avtomobilinin altında qaldı

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DenMedia.az report-a istinadən xəbər verir ki, qəza Bərdə rayonunun Birinci Qazaxlar kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, “Qazel” markalı yük avtomobili kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Sadıqovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.