Geri qayıt Çap et

DƏHŞƏT : Fəhlələri daşıyan avtobus gülləbaran olunub, ölən və yaralananlar var

Silahlı insident nəticəsində 2 nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Denmedia.az İran mediasına istinadən xəbər verir ki, İranın Zahidan şəhərində naməlum şəxslər mədən işçilərini daşıyan avtobusu odlu silahlardan atəşə tutublar.

Zahidan şəhər polis rəisi hücum edənlərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri görüldüyünü açıqlayıb.

Hadisənin motivləri ilə bağlı hələ ki, məlumat yoxdur.