Geri qayıt Çap et

Paytaxtda ağır qəza – piyada xilas edilə bilmədi

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Denmedia.az apa-ya istinadən xəbər verir ki, “Isuzu” markalı yük avtomobili piyada keçidindən keçməyə çalışan şəxsi vurub. Piyada hadisə yerində ölüb.

Qeyd edək ki, yük avtomobili “Bravo” marketlər şəbəkəsinə məxsusdur. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.