Geri qayıt Çap et

Bir ailənin 6 üzvü dəm qazından zəhərləndi

Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Denmedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmməd Məmmədov və onun 5 nəvəsi dəm qazından zəhərləniblər.

Hadisə nəticəsində M.Məmmədov dünyasını dəyişib, nəvələri - 2020-ci təvəllüdlü F.Məsimova, 2018-ci il təvəllüdlü H.Məsimov, 2017-ci il təvəllüdlü M.Məsimov, 2021-ci il təvəllüdlü Ə.Məsimov və 2022-ci il təvəllüdlü H.Məsimov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.