Geri qayıt Çap et

Somalidə təyyarə Hind okeanına düşdü – 55 sərnişin xilas oldu

Somalidə Hind okeanı sahilləri yaxınlığında sərnişin təyyarəsi uçuşdan qısa müddət sonra qəzaya uğrayıb.

 Bu barədə SONNA nəşri məlumat yayıb. Bildirilir ki, hava gəmisi lazımi hündürlüyü yığa bilməyib.

Təyyarənin dayaz sulara düşməsi nəticəsində göyərtədə olan 55 sərnişindən heç biri xəsarət almayıb. Hadisə yerinə cəlb olunan fövqəladə xidmətlər sərnişinləri təhlükəsiz şəkildə sahilə təxliyə ediblər.

Qəza yerinə Somalinin federal hökumətinin nəqliyyat və mülki aviasiya naziri Mohamed Farah Nuh da gəlib. Nazir bildirib ki, insidentə səbəb olan texniki nasazlığın dəqiq müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırma aparılacaq.

Denmedia.az