Geri qayıt Çap et

SON DƏQİQƏ: Alışanov iş yerində qəfil öldü

Sumqayıtda 59 yaşlı kişi iş başında vəfat edib

Denmedia.az xəbər verir ki, hadisə şəhərin avtovağzalında baş verib.

Məlumata görə, avtovağzalda çalışan, 1967-ci il təvəllüdlü Xalid Alışanov qəfil özünü pis hiss edib və hadisə yerində dünyasını dəyişib.

Faktın baş vermə səbəbləri hazırda araşdırılır.

Ellada Rəsul