Geri qayıt Çap et

Ukrayna ordusu itki verdi: Mi-24 helikopteri vuruldu, ekipaj həlak oldu

Ukrayna Silahlı Qüvvələri döyüş tapşırığı zamanı Mi-24 hərbi helikopterini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin 11-ci ayrıca ordu aviasiya briqadası “Xerson” sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, helikopterin ekipaj üzvləri həlak olub. Paylaşımda qeyd olunur ki, hərbçilər əməliyyatdan geri qayıtmayıblar və bu itki “əvəzolunmaz” kimi qiymətləndirilib.

DenMedia.az