Geri qayıt Çap et

İş yerində qorxu dolu anlar: Restoran əməkdaşı qaynayan fritözə düşdü

ABŞ-ın Uilyamsport şəhərində yerləşən Olive Garden restoranının əməkdaşı istehsalatda baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib. Bu barədə Daily Star məlumat yayıb.

Polisin verdiyi məlumata görə, insident zamanı işçinin baş nahiyəsi sənaye tipli fritözə düşüb. Hadisə zamanı həmkarları onu xilas etməyə çalışıb, bu zaman qadın əməkdaşlardan biri yüngül yanıq xəsarətləri alıb.

Zərərçəkən dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faciədən sonra restoran bir neçə gün müddətinə bağlanıb. Müəssisənin rəhbərliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib. İnsidentin dəqiq səbəbi açıqlanmır.

DenMedia.az